Ermənistanın səhiyyə naziri maşınla uşağı vurdu

Ermənistanın səhiyyə naziri maşınla uşağı vurdu
  13 İyun 2020    Oxunub:3501
Ermənistanın səhiyyə naziri Arsen Torosyan işə gedərkən maşınla uşağı vurub.
Azvision.az xəbər verir ki bu barədə Torosyan özü "Facebook" səhifəsində yazıb.

Nazirin sözlərinə görə, maşını özü idarə edib və dönmə əməliyyatı zamanı 10 yaşlı uşağı vurub: "Onu xəstəxanaya apardım, lazım olan prosedurlar görülüb. Aldığı xəsarətin həyatı üçün təhlükəsi yoxdur”.

Torosyan əlavə edib ki, uşaq bir müddət xəstəxanada qalacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorosyan  





Xəbər lenti