Qırğızıstanda 438 tibb işçisi koronavirusa yoluxub

Qırğızıstanda 438 tibb işçisi koronavirusa yoluxub
  14 İyun 2020    Oxunub:3661
Qırğızıstanda son bir gündə COVID-19 infeksiyasına 78 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin COVID-19-la Mübarizə üzrə Qərargahından bildirilib.

Qırğızıstanda virusa yoluxanların ümumi sayı 2285 nəfərdir. İndiyədək 1791 xəstə sağalıb, 27 nəfər vəfat edib. Bu günə kimi 438 tibb işçisində yoluxma halı təsdiqlənib.

Azvision.az


Teqlər: Qırğızıstan   Koronavirus  





Xəbər lenti