Paşinyanı istefa verməyə çağırdılar

  14 İyun 2020    Oxunub : 2532
Paşinyanı istefa verməyə çağırdılar
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın yaratdığı "Vətən" partiyası dövlət büdcəsinə 60 milyon dollar ziyan vurmaqda ittiham olunan "Çiçəklənən Ermənistan" fraksiyasının sədri Qaqik Tsarukyanı dəstəkləyir.
Azvision.az xəbər verir ki, partiya bununla bağlı bəyanat yayıb. Bildirilib ki, baş nazir Nikol Paşinyan hakimiyyətini qorumaq üçün müxalifət nümayəndələrini təqib edir.

Həmçinin qeyd olunub ki, Tsarukyana qarşı cinayət təqibi onun hakim rejimi sərt tənqid etməsi və hökuməti istefaya çağırması ilə əlaqədardır. Partiya hesab edir ki, vəziyyətdən çıxış yolu Paşinyanın istefası və anti-böhran hökumətinin qurulmasıdır.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizilik Xidmətinin yaydığı məlumata görə, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon dollarlıq vergi verilməyib. Partiya sədrinin evində axtarış aparılıb və o, MTX-yə dindirilməyə çağırılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan