“Taliban” bir həftədə yüzlərlə hərbçini öldürdü

“Taliban” bir həftədə yüzlərlə hərbçini öldürdü
  14 İyun 2020    Oxunub:3443
"Taliban" hərəkatının döyüşçüləri son bir həftədə azı 422 əfqan hərbçisini öldürüb və yaralayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Faysala istinadən məlumat yayıb.

"Son bir həftədə "Taliban" 222 hücum reallaşdırıb, 422 əfqan hərbçisini öldürüb və yaralayıb, 51 körpü və 16 yola zərər verib",- deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.

Onun sözlərinə görə, "Taliban"ın hücumları nəticəsində son iki həftə ərzində 89 mülki şəxs həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti