Özbəkistanda karantin rejimi uzadıldı

Özbəkistanda karantin rejimi uzadıldı
  14 İyun 2020    Oxunub:3135
Özbəkistan hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimini avqustun 1-dək uzadıb.
Azvision.az xəbər verir ki, koronavirusla mübarizə üzrə xüsusi respublika komissiyası bununla bağlı qərar qəbul edib.

Bu günə olan məlumata görə, Özbəkistanda virusa yoluxma sayı 4994-ə çatıb. İndiyədək 3874 xəstə sağalıb, 19 nəfər pandemiyanın qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan   virus  





Xəbər lenti