Afrikada koronavirusa yoluxanların sayı 230 mini keçdi

Afrikada koronavirusa yoluxanların sayı 230 mini keçdi
  14 İyun 2020    Oxunub:3060
Afrikada koronavirusa yoluxanların sayı 230 min 454 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, indiyədək 6218 nəfər virusdan həyatını itirib, 106 mindən çox xəstə sağalıb.

Yoluxma daha çox Cənubi Afrika Respublikasında (65 736), Misir (41 303) və Nigeriyada (15 181) qeydə alınıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika  





Xəbər lenti