Fransada gündəlik ölüm sayı xeyli azaldı

Fransada gündəlik ölüm sayı xeyli azaldı
  15 İyun 2020    Oxunub:4035
Fransada son sutka ərzində daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 29 407-yə çatıb. Koronavirusa yoluxanların ümumi sayı 157 220 nəfərdir. Son sutkada 407 yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, son günlər Fransada gündəlik yoluxma və ölüm sayında xeyli azalma müşahidə edilir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti