Ukraynada 2350 uşaqda koronavirus aşkarlanıb

Ukraynada 2350 uşaqda koronavirus aşkarlanıb
  15 İyun 2020    Oxunub:3008
Ukraynada son sutka ərzində 656 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 31 min 810 nəfərə çatıb. Bunlardan 2350 nəfəri uşaq, 5537-si tibb işçisidir. Bu günə qədər 14 min 253 xəstə sağalıb.

Ölkədə koronavirus qurbanlarının sayı 12 nəfər artaraq 901 olub.

Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti