Putin Makronu parada dəvət etmədi

 Putin Makronu parada dəvət etmədi
  15 İyun 2020    Oxunub:3345
Fransa prezidenti Emannuel Makron faşizm üzərində qələbənin 75 illiyi şərəfinə təşkil edilən parada dəvət ediməyib.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.

"Cənab Makron Moskvaya gəlməyəcək, Rusiya hakimiyyətindən dəvət almadı",-deyə qeyd edilib.

Bu il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunur. İyunun 24-də Qırmızı meydanda Zəfər Paradı keçiriləcək. MDB ölkələrinin rəhbərləri tədbirə dəvət olunub. Digər dövlətlərin başçıları da razılığını təsdiqləyiblər.

Şahanə Rəhimli

Azvision.az


Teqlər: Makron   Fransa  





Xəbər lenti