İraqda PKK-nın 81 hədəfi məhv edildi

İraqda PKK-nın 81 hədəfi məhv edildi
  15 İyun 2020    Oxunub:2884
Türk Hərbi Hava Qüvvələri İraqın şimalında böyük bir hava əməliyyatı keçirərək PKK-nın 81 hədəfini məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Naziriyi məlumat yayıb. Bildirilib ki, "Pençe-Kartal əməliyyatı zamanı Türkiyə Hərbi Hava Qüvvələrimizin təyyarələri İraqın şimalında PKK terror təşkilatının mərkəzlərinə hücum edib və 81 hədəf məhv edilib. Əməliyyata Türkiyə Müdafiə naziri Hulisi Akar rəhbərlik edib.

Komandanlıq mərkəzində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülər, quru qoşunlarının komandanı Umid Dündar, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı Adnan Özbal da olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   PKK  





Xəbər lenti