Belçikada Natəvanın abidəsi bərpa edildi

Belçikada Natəvanın abidəsi bərpa edildi
  15 İyun 2020    Oxunub:2766
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin və Belçikanın Vaterlo şəhərinin Meriyasının birgə fəaliyyəti nəticəsində tam bərpa edilmiş Azərbaycanın görkəmli şairəsi, Qarabağ şəhzadəsi Xurşidbanu Natəvanın abidəsinin 15 iyun 2020-ci il tarixidə Azərbaycan Respublikasının Milli Qurtuluş günündə yenidən açılışı təşkil olunub.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı və NATO yanında nümayəndəliklərin rəhbərləri və diplomatik heyət üzvləri, Vaterlo şəhərinin Merinin müavini, Vallon Brabantın tarixi səlnaməçisi Yves Vander Cruysen və Vaterloo meriyasının nümayəndəsi Sandrine Faelen iştirak ediblər.

Tədbirdə çıxış edən Səfir Fuad İsgəndərov 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış Azərbaycanın bu tarixi-mədəni abidəsinin “vandalizmdən qurtulması”nın məhz Azərbaycan Respublikasının Milli Qurtuluş günündə qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirib və bu tədbirin Azərbaycanın tarixi Dağlıq Qarabağ torpaqlarının işğaldan azad olunması üçün bütün səylərini səfərbər etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunduğunu bildirib.

Azvision.az



Teqlər: Belçika   Azərbaycan   Nətavan  





Xəbər lenti