Moskvada atışma olub, yaralılar var

Moskvada atışma olub, yaralılar var
  15 İyun 2020    Oxunub:2947
Rusiyanın paytaxtı Moskva şəhərində silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, hadisə Leninski prospektdə qeydə alınıb. Atışma zamanı üç nəfər yaralanıb. Onlardan ikisi polis əməkdaşı, digəri isə mülki vətəndaşdır.

Atəşin taksidən açıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Moskva   Atəş   Polis  





Xəbər lenti