Türkiyədə daha 1592 nəfər koronavirusa yoluxdu

   Türkiyədə daha 1592 nəfər koronavirusa yoluxdu
  16 İyun 2020    Oxunub:2496
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1592 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4825, yoluxanlar isə 179 min 831 nəfərə çatıb.

Türkiyədə indiyədək 152 364 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti