Almaniyada koronavirusdan ölüm sayı 8800-ə çatıb

Almaniyada  koronavirusdan ölüm sayı 8800-ə çatıb
  16 İyun 2020    Oxunub:2293
Almaniyada son sutkada daha 378 nəfər yeni növ koronavirusa yoluxub, 9 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi nəzdindəki Robert Kox İnstitutu məlumat yayıb.

Bir gün əvvəl 192 yoluxma, 4 ölüm qeydə alınıb. Ümumilikdə Almaniyada koronavirusa 186 839 yoluxma halı aşkar edilib, 8800 nəfər dünyasını dəyişib.

Yoluxma ən çox Bavariya (47690), Şimali Reyn-Vestfaliya (39415) və Baden-Vürttemberq (35150) bölgələrində qeydə alınıb. Paytaxt Berlində yoluxma sayı 7369 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti