Çində koronavirusa yoluxma halları yenidən artır

 Çində koronavirusa yoluxma halları yenidən artır
  16 İyun 2020    Oxunub:2378
Ötən sutka ərzində Çində yeni növ koronavirus infeksiyasına 46 yoluxma halı qeydə alınıb, onlardan 6-sı simptomsuzdur.

Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkədə daha 7 nəfər pandemiyanın qurbanı olub.
40 yeni yoluxmadan 27-si paytaxt Pekində, 4-ü Hubeydə, biri isə Sıçuanda aşkar olunub. Səkkiz hal idxal edilib.

Qeyd edək ki, son günlər Pekində yoluxma hallarının artdığı müşahidə əedilir. Bir neçə gün əvvəl Fentay rayonundakı topdansatış bazarında koronavirus aşkar edildiyi üçün bazar bağlanıb və şəhərdə hərbi rejim elan edilib.

Ümumilikdə Çində indiyədək 83221 nəfər koronavirusa yoluxub, 78377 nəfər sağalıb, 210 xəstə hazırda müalicəsini davam etdirir. Pandemiya qurbanlarının sayı 4634 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pekin  





Xəbər lenti