Paşinyanı istefaya çağıran müxalif lider həbs olunur

Paşinyanı istefaya çağıran müxalif lider həbs olunur
  16 İyun 2020    Oxunub:2555
Siyasi qərar qəbul edilib. Bu gün baş prokuror Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsinə dair vəsatətləri ilə parlamentə gələcək.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan "Facebook" səhifəsində yazıb.

Deputat bildirib ki, ki, baş prokuror Artur Davtyanın hələ də siyasi sifarişi yerinə yetirməmək şansı var.

"!No Pasarán! (Keçməz) ", - deputat yazıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı üç maddə üzrə cinayət işi açıb.

Milli Təhlükəsizlik Xidməti hesab edir ki, partiya rəhbərliyi və partiya üzvləri 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verib.

O, həmçinin Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə ittiham olunur. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə, torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram ( 685 min dollar) ziyan vurulub.

Bundan başqa, Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yayılıb.

Qeyd edək ki, fraksiya rəhbəri iyunun əvvəlində hökuməti istefaya çağırıb. O, hökumətin mövcud problemlərlə, həmçinin pandemiya ilə mübarizə apara bilmədiyini deyib. Ermənistanda əksəriyyət Tsarukyana qarşı əməliyyatı siyasi motivli hesab edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NairaZohrabyan  





Xəbər lenti