ABŞ-da etiraz aksiyası zamanı atışma olub

ABŞ-da etiraz aksiyası zamanı atışma olub
  16 İyun 2020    Oxunub:1750
ABŞ-ın Nyu-Meksika ştatının Albukerk şəhərində irqçiliyə və polis özbaşınalığına qarşı keçirilən etiraz aksiyası zamanı atışma olub.
Azvision.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər yaralanıb. Həmin şəxsin vəziyyəti ağırdır. Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini ələ keçirmək üçün işıq-səs qumbaralarından istifadə edib.

Əməliyyat nəticəsində atəş açan şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti