Tsarukyana qarşı 3 maddəlik cinayət işinin detalları
“Tsarukyan” seçki blokunun rəhbəri Qaqik Tsarukyanın seçicilərə rüşvət vermək məqsədi ilə qrup təşkil etməsinə dair dəlillər var. Qrupun səmərəli və əlaqələndirilmiş fəaliyyəti üçün onların üzvlərinin maliyyə qaynaqları və işlərinə nəzarət sistemi hazırlanıb, bütün maliyyə xərclərini əks etdirən hesabatlar, rüşvət vermiş seçicilərin siyahıları tərtib edilib.
Davtyanın sözlərinə görə, Tsarukyanın rəhbərlik etdiyi mütəşəkkil qrup vətəndaşların kütləvi qeydiyyatı ilə məşğul olub. O, əlavə edib ki, bir neçə şübhəli və bəzi şirkətlərin evlərində aparılan axtarışlar nəticəsində ittihamın əsasını təşkil edə biləcək sənədlər tapılıb.
"Qaqik Tsarukyanı bu işdə şübhəli şəxs qismində cəlb etmək üçün kifayət qədər sübut var. Buna əsaslanaraq Tsarukyanın cinayət təqibi başlatmasına, şübhəli şəxs kimi cəlb edilməsinə və ittiham olunmasına razılıq verilməsini xahiş edirəm".
Ekspertlər hesab edir ki, Tsarukyana qarşı baş verənlər siyasi xarakterlidir. Belə ki, o, son günlər baş nazir Nikol Paşinyanı yarıtmaz fəaliyyətinə görə kəskin tənqid edib. Bu səbəbdən Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArturDavtyan







Vaxtında, Aydın, Lazımlı!


