Rusiyada bir gündə 8248 nəfər koronavirusa yoluxdu

 Rusiyada bir gündə 8248 nəfər koronavirusa yoluxdu
  16 İyun 2020    Oxunub:2272
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 8248 nəfər artaraq 545 458-ə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, son sutkada 193 nəfər koronavirusdan həyatını itirib.

Pandemiya qurbanlarının ümumi sayı 7284 nəfərdir. Bu günədək 294 306 nəfər xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti