Qazaxıstanda bir neçə nazir özünü təcrid edib

Qazaxıstanda bir neçə nazir özünü təcrid edib
  16 İyun 2020    Oxunub:2159
Qazaxıstanda bir neçə nazir koronavirusla əlaqədar özünü təcrid edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri virusa yoluxduqdan sonra Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Maqzum Mirzaqaliev də özünü təcrid edib.

Həmçinin Baş nazir Əsgər Mamin oxşar qərar verib. Çünki iyunun 12-də o, Səhiyyə naziri Elcan Birtanovun müşayiəti ilə Cambıl bölgəsinə işgüzar səfər edib.

Səfərdən sonra Qazaxıstanın Təhsil və Elm naziri Asxat Aymaqambetov, Kənd Təsərrüfatı naziri Saparxan Omarov və Cambıl vilayətinin başçısı Berdibek Saparbayev özünü təcrid etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub, hazırda hospitalda müalicə olunur. İndiyədək Qazaxıstanda 15,1 mindən çox yoluxma halı təsdiqlənib, 9,3 mindən çox insan virusdan sağalıb, 81 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti