Ukraynanın birinci xanımı xəstəxanaya yerləşdirilib

Ukraynanın birinci xanımı xəstəxanaya yerləşdirilib
  16 İyun 2020    Oxunub:2649
Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat yayıb.

Bildirilir ki, birinci xanım Kiyevdə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti stabildir.

Xatırladaq ki, iyunun 12-də Y.Zelenskayaya koronavirus diaqnozu qoyulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YelenaZelenskaya  



Xəbər lenti