Ermənistanda 100-dən çox aksiya iştirakçısı saxlanılıb

 Ermənistanda 100-dən çox aksiya iştirakçısı saxlanılıb
  16 İyun 2020    Oxunub:2313
Ermənistan polisi parlament binası qarşısında etiraz aksiyası keçirən 100-dən çox şəxsi saxlayıb.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi Zarzand Qabrielyan bildirib.

Bu gün saat 11:00-a olan məlumata görə, 103 aksiya iştirakçısı saxlanılıb.

Hazırda parlament binasının qarşısına və yaxınlıqdakı ərazilərə xeyli sayda polis qüvvələri yerləşdirlib.

Xatırladaq ki, parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının lideri, iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı baş prokuror Artur Davtyanın təqdim etdiyi vəsatətlər müzakirə olunur. Etirazlara səbəb də məhz budur.

Erməni siyasətçilər Tsarukyana qarşı cinayət işinin sifarişli olduğunu bildirirlər. Çünki partiya lideri son günlər baş nazir Nikol Paşinyanı açıq şəkildə tənqid edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənista  





Xəbər lenti