Koronavirusdan sağalmaq üçün 1,1 milyon dollar xərclədi

Koronavirusdan sağalmaq üçün 1,1 milyon dollar xərclədi
  16 İyun 2020    Oxunub:2566
ABŞ-da koronavirusa yoluxan 70 yaşlı kişinin müalicəsi 1,1 milyon dollara başa gəlib.

Azvision.az "The Time" nəşrinə istinadən xəbər verir ki, Maykl Flora adlı yerli sakin İssakua xəstəxanasında müalicə almaq üçün külli miqdarda vəsait ödəyib.

Xəstə 62 gün reanimasiya şöbəsində, bir neçə həftə isə komada olub. Ailəsi onun yaşayacağına inanmayıb.

Maykl Florun dediyinə görə, onun gündəlik müalicə xərci azı 9700 dollar olub. Tibbi yardım, dializ və həkimlərə ödəniş bu hesaba daxil edilməyib.

Vəsaitin böyük hissəsini sığorta şirkəti ödəyəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti