İrəvanın əsas küçə və yolları bloklanıb

 İrəvanın əsas küçə və yolları bloklanıb
  16 İyun 2020    Oxunub:4186
İrəvanın bir sıra aparıcı yolları və küçələri yük maşınları, avtobus və avtomobillərlə bloklanıb.
Azvision.az "Aysor.am”a istinadən xəbər verir ki, yük maşınları İrəvan-Abovyan magistralını, həmçinin Avandan Myasnikyan prospektinə aparan yolu bağlayıblar. Taksi sürücüləri isə “Dalma Mall' ticarət mərkəzi, Maştotspa prospektini bloklayıblar.

Xatırladaq ki, bu gün Ermənistan parlamentində baş prokuror Artur Davtyanın “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət təqibinin başladılması və deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatəti müzakirə olunur.

Tsarukyanın tərəfdarları buna etiraz olaraq aksiyalara başlayıblar. Polis 100-dən çox aksiya iştirakçısını saxlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  





Xəbər lenti