Ermənistanın yeni Baş qərargah rəisi Qarabağa gəldi

Ermənistanın yeni Baş qərargah rəisi Qarabağa gəldi
  16 İyun 2020    Oxunub:2332
Ermənistan silahlı qüvvələrinin yeni Baş qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Azvision.az xəbər verir ki, Qasparyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanla görüşüb.

Xatırladaq ki, Qasparyan bu yaxınlarda Baş qərargah rəisi vəzifəsinə təyin edilib. Bundan öncəki Baş qərargah rəisi Artak Davtyan koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etdiyi üçün istefaya göndərilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti