Poroşenkonun atası vəfat etdi

Poroşenkonun atası vəfat etdi
  16 İyun 2020    Oxunub:2164
Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun atası, görkəmli ictimai- siyasi xadim Aleksey Poroşenko 84 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Həmrəylik partiyasının mətbuat xidməti məlumat yayıb.

Bir gün əvvəl Ukrayna mediası Poroşenkonun atasının insult keçirdiyini yazmışdı.

"Bu gün böyük əməksevər, görkəmli ictimai və siyasi xadim, Ukraynanın Milli Qəhrəmanı Aleksey Poroşenko dünyasını dəyişib. Partiya üzvləri Poroşenko ailəsinə dərin hüznlə başsağlığı verir".

Xatırladaq ki, A.Poroşenkonun həm də kənd təsərrüfatının inkişafında mühüm rolu olub. O, Ukraynanın beşinci dərəcəli “Müdrik Yaroslav” ordeni, "Şərəf nişanı", "Əməkdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlekseyPoroşenko  





Xəbər lenti