Misir səfiri azərbaycanlı həmkarı ilə görüşüb
Adel İbrahim bildirib ki, Misir Ticarət Evinin açılması misirli iş adamları ilə azərbaycanlı həmkarları arasında tanışlıq yaratmaq üçün və iki ölkə arasındakı iqtisadi, ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən imkanlar və əməkdaşlıq sahələrinin yaranmasında əhəmiyyətli rol oynayacaq.
Görüş zamanı pandemiya ilə bağlı mövcud vəziyyət yaxşılaşdıqdan və beynəlxalq təyyarə uçuşlarına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Qahirədəki səfirliyinin, o cümlədən Misirin Ticarət və Sənaye Nazirliyi ilə birgə Azərbaycan bazarına maraq göstərən misirli iş adamları ilə görüşmək üçün Misir Ticarət Evinin məsul şəxslərinin bu ölkəyə səfərinin təşkil edilməsinin əhəmiyyəti barədə razılığa gəlinib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: TuralRzayev







Vaxtında, Aydın, Lazımlı!


