155 Azərbaycan vətəndaşı Dağıstandan ölkəyə gətirilib - YENİLƏNİB
Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az-a bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.
***
(17:48)
Dağıstanın Dərbənd vilayətinin ərazisindəki müvəqqəti düşərgədə saxlanılan Azərbaycan vətəndaşları Rusiya Federasiyasının sərhədini keçməyə başlayıblar.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə rayon rəhbəri vəzifəsini icra edən Fuad Şıxıyev deyib.
"155 nəfərin hamısı (Azərbaycan vətəndaşları) sərhədə çatdırıldı. On nəfər artıq sərhədi keçib”, - deyə F.Şıxıyev əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


