155 Azərbaycan vətəndaşı Dağıstandan ölkəyə gətirilib - YENİLƏNİB

155 Azərbaycan vətəndaşı Dağıstandan ölkəyə gətirilib -  YENİLƏNİB
  17 İyun 2020    Oxunub:4986
Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az-a bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.
Azərbaycan vətəndaşlarının xarici ölkələrdən vətənə gətirilməsi prosesi davam edir.

***
(17:48)

Dağıstanın Dərbənd vilayətinin ərazisindəki müvəqqəti düşərgədə saxlanılan Azərbaycan vətəndaşları Rusiya Federasiyasının sərhədini keçməyə başlayıblar.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə rayon rəhbəri vəzifəsini icra edən Fuad Şıxıyev deyib.

"155 nəfərin hamısı (Azərbaycan vətəndaşları) sərhədə çatdırıldı. On nəfər artıq sərhədi keçib”, - deyə F.Şıxıyev əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  



Xəbər lenti