Zukerberq və Sundar Piçai Konqresdə ifadə verəcək

Zukerberq və Sundar Piçai Konqresdə ifadə verəcək
  17 İyun 2020    Oxunub:2859
“Facebook”un rəhbəri Mark Zukerberq və “Google” şirkətinin baş direktoru Sundar Piçai ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsində antimonopoliya istintaqı çərçivəsində ifadə verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Amazon”un icraçı direktoru Jeff Bezos ifadə verməyə hazır olsa da, indiyə qədər “Apple” şirkətinin direktoru Tim Kukun Nümayəndələr Palatasında ifadə verib-verməyəcəyi məlum deyil.

Azvision.az



Teqlər: Facebook   Google  



Xəbər lenti