Almaniyada koronavirusa yoluxma sayı 187 mini ötdü

Almaniyada koronavirusa yoluxma sayı 187 mini ötdü
  17 İyun 2020    Oxunub:2735
Almaniyada bir gün ərzində koronavirusa 345 yoluxma halı qeydə alınıb, COVID-19-dan daha 30 nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada indiyədək 187 184 yoluxma aşkar edilib, 8830 pasiyent pandemiyanın qurbanı olub.

Koronavirusa ən çox yoluxma halı Bavariyada qeydə alınıb – 47 710. Şimali Reyn-Vestfaliyada COVID-19-a ümumilikdə 39 573, Baden-Vürtemberqdə isə 35 177 yoluxma aşkarlanıb.

Azvision.az


Teqlər: Almaniya   Koronavirus  



Xəbər lenti