İrəvanda polis aksiya iştirakçılarına güc tətbiq etdi - VİDEO

İrəvanda polis aksiya iştirakçılarına güc tətbiq etdi -  VİDEO
  17 İyun 2020    Oxunub:4451
Ermənistanda gecə saatlarında sakinlər Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirib.

Azvision.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Xidmətinin binasını tərk etməsindən sonra aksiya daha da şiddətlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, onları asfaltın üstündə sürüyərək maşınlara mindiriblər. Hətta polis aksiyanı işıqlandıran jurnalistlərə də güc tətbiq edib.

Xatırladaq ki, ötən gün Ermənistan parlamenti Tsarukyanın deputat toxunulmazlığının ləğvi və həbsi barədə baş prokurur Artur Davtyanın vəsatətlərini qəbul edib.

Tsarukyan özü bunu sifarişli adlandırıb və səbəb kimi son vaxtlar Paşinyan hakimiyyətini sərt tənqid etməsini göstərib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  



Xəbər lenti