Ermənistanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub

Ermənistanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub
  17 İyun 2020    Oxunub:3380
Ermənistanda 141 həkim daxil olmaqla 468 tibb işçisi yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 59 anestezioloq-reanimatoloq, həmçinin 15 klinik-rezident koronavirusla mübarizəyə cəlb olunub.

Səhiyyə Nazirliyi ölkədə mütəxəssis çatışmazlığı olduğunu bəyan edib. Fransadan mütəxəssislərin artıq Ermənistana gəldiyini deyən nazirliyin nümayəndəsi Alina Nikoqosyan əlavə edib ki, Rusiyadan, Litva və Gürcüstandan da həkimlərin gəlişini gözləyirlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti