Erməni siyasətçi: “Hakimiyyət dialoqdan imtina etdi”

 Erməni siyasətçi:  “Hakimiyyət dialoqdan imtina etdi”
  17 İyun 2020    Oxunub:2464
Ermənistan hakimiyyətinin öz ssenariləri var və bunlar cəmiyyətdə parçalanmanı daha da kəskinləşdirmək adlanır.
Azvision.az xəbər verir ki, bu barədə “Vətən” partiyası şurasının üzvü Ara Saakyan deyib.

“Çiçəklənən Ermənistan” partiyası və onun lideri Qaqik Tsarukyan ətrafında baş verən hadisələrə toxunan Saakyanın sözlərinə görə, hakimiyyət proqnozlaşdırıldığı kimi, bu partiyaya qarşı uydurma ittihamlarla çıxış etməyə başlayıb.

“Hakimiyyət artıq adekvat anlayış qabiliyyətini itirib və indi ölkədə bir nəfərin hakimiyyəti bərqərar olub. Bu, bizi bir sıra ölkələrin artıq geridə qoyduğu, keçmişdəki vəziyyətə qaytaracaq".

Onun sözlərinə görə, Tsarukyana qarşı edilən hərəkətlər tamamilə siyasi motivlərlə idarə olunur.

"Əgər Qaqik Tsarukyan həbsxanaya salınsa, bu, onun təcrid edilməsi məqsədinə əlavə dəlil olacaq. Müxalifət liderini həbsxanaya göndərmək hər hansı bir dialoq imkanından imtina etmək deməkdir. Hakimiyyət nümayəndələri dialoqdan imtina etdilər, bundan sonra gərginliyin daha da artmasında özləri günahkar olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti