Ermənistanda deputatlar parlamentin iclasını boykot etdilər
"Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib.
O, "Mənim addımım" blokundan olan həmkarlarının çoxunun bu qanunsuz səsvermənin əleyhinə olduğuna inandığını əlavə edib.
"Ermənistanın diktaturaya çevrilməsi üçün resursları yoxdur. Biz həqiqi demokratik dəyərlər, vətəndaşların sosial, iqtisadi və siyasi hüquqları uğrunda mübarizə aparacağıq”.
Abovyan Tsarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət məsələni yaxından izləyir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmanAbovyan







Vaxtında, Aydın, Lazımlı!


