İranlı nazir Şahin Mustafayevdən kömək istədi
O, ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı dəstək nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənəcək və güclənəcək.
İranlı nazir Ş.Mustafayevi İrana səfərə dəvət edib, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü birgə İqtisadi Komissiyanın iclasının yaxın gələcəkdə Tehranda keçirilə biləcəyinə ümid etdiyini deyib.
O, Şimal-cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycanın giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açıb, bu problemin həll etmək üçün kömək istəyib.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İran rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edib. O deyib ki, koronavirusla mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb.
Ş.Mustafayev, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirib ki, hər bir mövzunu ayrı-ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə edilib və sıx əməkdaşlıq şəraitində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


