Erməni əsgərlər arasında kütləvi dava - Yaralılar var

 Erməni əsgərlər arasında kütləvi dava -  Yaralılar var
  17 İyun 2020    Oxunub:3675
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərlər arasında kütləvi dava baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə nəticəsinə xəsarət alanlar olub.

Hərbçi Arqat Balayanın məruzəsinə əsasən, davada 3 nəfər xüsusi amansızlıqla döyülüb, həmin şəxslər ağır xəsarətlər alıblar. Yaralanan üç hərbi qulluqçu hospitala təxliyə edilib, digərləri isə tibb məntəqəsinin həkimləri tərəfindən müayinə olunub. Komandanlıq əvvəlcə hadisənin məişət zəminində baş verməsi versiyasını bəhanə edərək faktı ört-basdır etməyə çalışıb.

Sonradan kütləvi davanın İrəvan erməniləri ilə Qarabağdan olan əsgərlər arasında baş verdiyi aşkar edilib.

Məsələyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin şöbə rəisi Erik Manasyanın rəhbərlik etdiyi istintaq qrupu müdaxilə edib. MTX-nin əməkdaşlarının ortaya çıxardığı maraqlı məqam ondan ibarətdir ki, bu cür hadisələr tez-tez baş verir və hərbi hissənin zabitləri buna göz yumurlar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Əsgər   Dava  



Xəbər lenti