Ermənistan həbsxanalarında COVID-19 tüğyan edir

Ermənistan həbsxanalarında COVID-19 tüğyan edir
  17 İyun 2020    Oxunub:3228
Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-İcra Xidmətinin 33 əməkdaşı koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Nona Navikyan bildirib. Onun sözlərinə görə, 33 nəfərdən 19-u artıq sağalıb.

Navikyan koronavirus xəstəliyinə yoluxmuş məhkumların olduğunu əlavə edib.

"Ümumiyyətlə, "Nubaraşen", “Vardaşen”, “İrəvan Ketron”, “Koş”, “Sevan”, “Abovyan”, “Razdan” və “Armavir” həbsxanalarında koronavirusa yoluxma halları var. 12 həbsxananın 8-də koronavirusa yoluxma aşkar edilib".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti