ABŞ Əsəd və xanımına sanksiyalar tətbiq etdi
Sanksiyalar Suriyaya qarşı bir sıra siyasi və iqtisadi məhdudiyyətləri əhatə edir.
"Bu gün Əsəd rejiminə qarşı ardıcıl sanksiya siyasətinə başlayırıq. Bu, Əsəd rejimini və xarici dəstəkçilərini Suriya xalqına qarşı vəhşi hərəkətlərə görə cavab verməyə məcbur edəcək sərt iqtisadi sanksiyalardır”, - deyə Pompeo vurğulayıb.
Hələlik yeni sanksiyalar 39 şəxsə, o cümlədən Bəşər Əsədə, həyat yoldaşı Əsma Əsəd, bacısı Buşra, Prezidentin kiçik qardaşı, Suriya hökumət qüvvələri tərəfindən ölkədəki hərbi qarşıdurmada iştirak edən, dördüncü zirehli diviziya komandiri Maher Əsədə, bölmənin komandirlərinə, sahibkar Məhəmməd Hamşoya və digərlərinə aiddir.
Qeyd olunub ki, sanksiyaların Suriya xalqına humanitar yardımın çatdırılmasına aidiyyatı yoxdur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


