Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub

Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub
  18 İyun 2020    Oxunub:2209
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1492 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4861, yoluxanlar isə 182 727 nəfərə çatıb.

Türkiyədə indiyədək 154 640 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti