Türkiyəli diplomat BMT Baş Assambleyasının sədri seçildi
Volkan Bozkır Türkiyədən bu vəzifəyə seçilmiş ilk diplomatdır.
O, sentyabrın 15-də BMT-nin 74-cü Baş Assambleyasının sədri, Nigeriyanın BMT yanında daimi nümayəndəsi Ticani Məhəmməd-Bandidən bu vəzifəni qəbul edəcək.
Hazırda Bozkır Türkiyə parlamentinin xarici siyasət üzrə komitəsinə başçılıq edir.
Xatırladaq ki, Volkan Bozkır Avropa İttifaqı ilə aparılan danışıqlarda Türkiyə nümayəndə heyətinə rəhbərlik edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: VolkanBozkır







Vaxtında, Aydın, Lazımlı!


