Almaniyada daha 580 nəfər koronavirusa yoluxub

Almaniyada daha 580 nəfər koronavirusa yoluxub
  18 İyun 2020    Oxunub:2438
Almaniyada son sutka ərzində koronavirus infeksiyasına yoluxanların sayı 580 nəfər artaraq 187 764-ə yüksəlib.
Azvision.az ölkənin Səhiyyə Nazirliyinin nəzdindəki Robert Kox İnstitutuna istinadən xəbər verir ki, bir gündə 26 nəfər ölüb.

İndiyədək 8856 koronavirus xəstəsi vəfat edib, 174 mindən çox insan sağalıb.

Ən çox yoluxma Bavariya (47747), Şimali Reyn-Vestfaliya (39777) və Baden-Vürttemberq (35218) bölgələrində qeydə alınıb. Paytaxt Berlində yoluxma sayı 7475 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti