Çində koronavirusa yoluxanların sayı artır
28 yeni yoluxmadan 21-i Pekində, 2-si Hubeydə, 1-i isə Tyancində qeydə alınıb, dördü idxal edilib.
Yoluxmaların əksəriyyəti Pekindəki topdansatış bazarı ilə əlaqəlidir. Bu səbəbdən “Sinfadi” topdansatış bazarı bağlanıb, Avropadan somon balığının idxalına qadağa qoyulub.
Ümumilikdə, Çində 83 293 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 394 nəfər sağalıb, 265 nəfər hazırda xəstəxanalardadır, 4344 pasiyent vəfat edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin







Vaxtında, Aydın, Lazımlı!


