Tusk Paşinyanı müxalifətə təzyiqləri dayandırmağa çağırdı

Tusk Paşinyanı müxalifətə təzyiqləri dayandırmağa çağırdı
  18 İyun 2020    Oxunub:2135
Avropa Xalqları Partiyası (EPP) Ermənistanda demokratiya ilə ziddiyyət təşkil edən bir çox hadisələrin baş verməsindən narahatdır.
Azvision.az xəbər verir ki, bu barədə EPP-nin rəhbəri, Avropa İttifaqı Şurasının keçmiş sədri Donald Tusk “Twitter”də yazıb.

"Biz Ermənistan hakimiyyətini müxalifətə təzyiq göstərməkdən çəkinməyə çağırırıq".

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığına xitam verilib, barəsində cinayət təqibi başladılıb.

Bundan əvvəl isə Tsarukyan baş nazir Nikol Paşinyanı yarıtmaz fəaliyyətinə görə istefaya çağırmışdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti