Rusiya səfiri Paşinyanın rəqibləri ilə danışıqlar apardı
Qeyd edilib ki, tərəflər Rusiya-Ermənistan parlamentlərarası əlaqələrinin inkişafı, Ermənistana həm ikitərəfli formatda, həm də ümumi inteqrasiya birlikləri çərçivəsində koronavirus infeksiyası ilə mübarizədə Rusiyanın yardımını müzakirə ediblər.
Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığına xitam verilib, barəsində cinayət təqibi başladılıb.
Tsarukyan baş nazir Nikol Paşinyanı yarıtmaz fəaliyyətinə görə istefaya çağırmışdı. Bu səbəbdən Ermənistanda Tsarukyana qarşı baş verənlərin siyasi sifariş olduğu heç kimdə şübhə doğurmur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


