Azərbaycan XİN Volkan Bozkırı təbrik edib

Azərbaycan XİN Volkan Bozkırı təbrik edib
  18 İyun 2020    Oxunub:1610
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) türkiyəli diplomat Volkan Bozkırı Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Səfir Volkan Bozkırı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona BMT-dəki bu yüksək vəzifədə və gələcək fəaliyyətində uğurlar arzulayırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VolkanBozkır  





Xəbər lenti