“Paşinyan hakimiyyəti siyasi vurusa yoluxub” - Sarkisyan

“Paşinyan hakimiyyəti siyasi vurusa yoluxub” -  Sarkisyan
  18 İyun 2020    Oxunub:2237
Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan Avropa Xalqları Partiyasının (EPP) Şərq Tərəfdaşlığı liderlərinin videokonfransında iştirak edib. O, çıxışı zamanı siyasi virusa yoluxmuş Paşinyan hakimiyyətinin səriştəsiz idarəetməsi və populizmindən danışıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan koronavirus pandemiyası kontekstində ölkədə səhiyyə və sosial-iqtisadi sahədə son dərəcə təhlükəli vəziyyətin yarandığını bildirib.

Sabiq prezident vurğulayıb ki, Ermənistan hakimiyyətinin siyasi virusa yoluxmuş populizmi nəticəsində səriştəsiz idarəçiliyi ölkədə təhlükəli daxili siyasi vəziyyət yaradıb.

Sarkisyan, eyni zamanda, Ermənistanla Aİ arasında 2017-ci ildə imzalanmış tərəfdaşlıq sazişinin yerinə yetirilməsində hazırkı hakimiyyətin heç bir təsirli addım atmadığını deyib.

Xatırladaq ki, EPP sədri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Donald Tuskun rəhbərliyi ilə keçirilən konfransda Avropa Komissiyasının sədri Ursula von der Leyen, Şərq Tərəfdaşlığı ölkələrindən EPP üzv dövlətləri təmsil edən rəsmilər, müxalifət liderləri, həmçinin Avronest PA və Avropa Parlamenti nümayəndələri iştirak ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti