“Taliban” polislərə hücum etdi - Ölən və yaralılar var

“Taliban” polislərə hücum etdi -  Ölən və yaralılar var
  18 İyun 2020    Oxunub:2298
"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətindəki hərbi bazaya hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" kanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə əyalətin inzibati mərkəzi Puli-Xumri şəhərində baş verib. Nəticədə 7 polis öldürülüb, 5 nəfər yaralanıb. Qarşı tərəf də itki verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan  



Xəbər lenti