Nazarbayev koronavirusa yoluxdu

 Nazarbayev koronavirusa yoluxdu
  18 İyun 2020    Oxunub:2796
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 79 yaşlı sabiq ölkə başçısı COVID-19-a görə özünü təcrid edib. Onun səhhəti normaldır.

Qeyd edək ki, artıq Səhiyyə naziri Eljan Birtanovun da koronavirusa yoluxduğu məlum olub. Həmçinin Baş Nazir Askar Mamin, Kənd Təsərrüfatı naziri Saparxan Omarov, Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Maqzum Mirzaqaliyev, Elm və Təhsil naziri Ashat Aymaqambetov və Məclis spikeri Nurlan Niqmatulin də özünütəcrid rejiminə keçib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NursultanNazarbayev   Qazaxıstan  



Xəbər lenti