Ermənistanda bütün xəstəxanalar dolub, pasiyentlər qəbul edilmir

 Ermənistanda bütün xəstəxanalar dolub, pasiyentlər qəbul edilmir
  18 İyun 2020    Oxunub:2905
Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artmaqda davam edir. Hazırda 444 belə xəstə var ki, onlardan 39-u süni ventilyasiya cihazına qoşulub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, həkimlər xəstəxanada müalicəyə ehtiyacı olan daha 25 xəstəni evə buraxmağa məcbur olub.

Torosyan əlavə edib ki, təkcə İrəvanda deyil, digər şəhərlərdəki tibb mərkəzləri də xəstələrlə doludur.

Xatırladaq ki, son açıqlanan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 18 698, ölənlər isə 309 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArsenTorosyan  



Xəbər lenti